Dünya

Trampın 24 saata sülh planı: Krımı və Donbası Rusiyaya vermək!

Donald Trampın Ukraynada müharibəyə son qoymaq planı Ukraynanı öz ərazilərini işğalçıya verməyə məcbur etməkdən ibarətdir.

bu barədə “The Washington Post”a Trampın çevrəsindən onunla bu məsələni müzakirə edən şəxslər bildiriblər.

Qeyd olunur ki, Tramp dəfələrlə Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində Rusiya və Ukrayna arasında sülh sazişi üzrə danışıqlar aparacağı ilə öyünüb. Lakin o, müntəzəm olaraq planın məzmununu ictimaiyyətə açıqlamaqdan imtina edib.

Adının açıqlanmasını istəməyən və Trampla məsələni müzakirə edən insanlar WP-yə bildiriblər ki, plan Ukraynanı Krımı və Donbası işğalçı ölkəyə verməyə sövq etməkdir. Nəşrin həmsöhbətlərindən birinin dediyinə görə, şəxsi söhbətində Tramp deyib ki, onun fikrincə, həm Rusiya, həm də Ukrayna “simasını xilas etmək istəyir, çıxış yolu istəyirlər” və Ukraynanın bəzi bölgələrindəki insanlar buna razı olacaqlar: Rusiyanın bir hissəsi olmaq.

İddia olunur ki, Trampın bəzi tərəfdaşları onu belə bir plandan çəkindirməyə çalışıblar. “Mən vaxtımın 100%-ni Trampla Ukrayna haqqında danışmağa sərf etdim. O (Putin) bunun bədəlini ödəməlidir. O, bunu qazana bilməz”, – respublikaçı senator Lindsi Qrem deyib.

Trampın mətbuat xidməti bu məlumatı birbaşa təkzib etməkdən imtina edərək, yuxarıdakı sübutların inandırıcı olmadığı barədə bəyanatla kifayətlənib. “Prezident Trampın planı ilə bağlı hər hansı fərziyyə, nə baş verdiyini və ya nə olacağı barədə heç bir fikri olmayan, adı açıqlanmayan və məlumatsız mənbələrdən gəlir. Prezident Tramp qətliamın dayandırılmasından danışan yeganə şəxsdir”, – sözçüsü Caroline Leavitt deyib.

Trampın Rusiya üzrə keçmiş baş müşaviri Fiona Hill deyir ki, onun keçmiş müdiri öz xarizmasına çox güvənir və o, Ukrayna və Rusiyanı, sadəcə olaraq onların liderlərini danışıqlar masası arxasında oturdaraq barışdıra biləcəyinə inanır. O, həmçinin qeyd edib ki, Tramp komandası Rusiyanın Ukraynaya təcavüzünü Avropa təhlükəsizliyinin bütün arxitekturasına və bütövlükdə dünya nizamına təhlükə deyil, adi ərazi mübahisəsi kimi qəbul edir.(“AzPolitika.info”)

 

Related Articles

Bir cavab yazın

Back to top button