İran

Aydın Zakeri və Siamək Seyfi məhkəməyə çağırılı blar

Azərbaycanlı fəallar Aydın Zakeri və Siamək Seyfi Xiyavın Ümumi və İnqilab Məhkəməsinin ikinci şöbəsinə çağrılıblar. Bu barədə İranın məhkəmə Qüvvəsindən fəallara göndərilmiş elektron bildirişlərdə məlumat verilib. Belə ki, Aydın Zakeri “ümumi nəzmi pozmaqda iştirak etmək”, Siamək Seyfi isə “ictimai asayişi pozmaq üçün əlbir olmaq” maddələri ilə ittiham olunublar.
Qeyd edək ki, azərbaycanlı fəallar ötən il oktobrun 18-də Ərdəbil vilayətinin Xiyav şəhərində Qarabağa dəstək mitinqlərində iştirak etdikləri üçün tutuqlanıblar. Onlar bir neçə gün sonra vəsiqə qarşılığında müvəqqəti azad ediliblər.
Bildirək ki, Təbriz, Urmu, Ərdəbil, Zəngan, Rəşt, Tehran, Xiyav, Daş Makı, Tikantəpə və Marağa şəhərlərində Qarabağın azad edilməsinə dəstək mitinqlərində bir çox fəal həbs edilib. Sözügedən yürüşlər ötən il septambrın 29-dan Ərdəbil şəhərinin Geral parkında başlayıb və oktobrun 18-dək davam edib.

Related Articles

Bir cavab yazın

Back to top button