Araşdırma & Təhlilİran

Azərbaycan İranın propaqanda ocağını söndürdü

İranın Azərbaycana qarşı başlatdığı propaqanda savaşı bitmir. Günlərdir İran hakimiyyəti Azərbaycan cumhuriyyətinə qarşı hər yöndən hücum etməyə dəvam edir. Araz qırağında son illərin ən böyük nizami təlimini keçirdən İran, propaqanda baxımından da Azərbaycana qarşı geniş bir savaş başlayıb. Günlərdir İran medyasında Azərbaycana qarşı xəbərlər gedir. Qarabağ zəfərini heç cür həzm edib utuzmağı qəbullanmayan İran, artıq açıq – aydən Ermənistanın yanında və Azərbaycanın qarşısı çıxıb. İran İslam Cumhuriyyəti Azərbaycana qarşı qaralama kampaniyasını əsas iki açıdan qairəli sürülür. Birincisi Azərbaycanın iç işlərinə qarışıb İsrail ilə olan ilgiləri şeytanlıqla özünə düşman kimi göstərir. İkincisi isə yenə də xarici güclərin müdaxiləsini iddia edərək bölgədəki sınırların dəyişilməsini iddia edir. 30 il boyunca Ermənistanın Azərbaycan torpaqlarının işğalına və sınırları dəyişməsinə səssiz qalan İran bu gün Azərbaycana qarşı olmayan iftiralar sərgiləyir. Ancaq Azərbaycan hakimiyyəti bütün bu çabaların qabağında möhkəm dayanıb İranın suçlamaları qarşısında əyilmədi. Cumhurbaşqanı İlham Əliyev keçən gün Cəbrayıldan İrana səslənib Tehran hakimiyyətinin iddialarıyla bağlı sənədlər ortaya qoyması gərəliyini açıqladı.
Daha önəmli bir addımisə Azərbaycanın Daxili İşlər Vəzirliyindən gəldi. Vəzirlik Əli Xaməneyinin Bakıdakı nümayəndəliyinin dəftəri və Hüseyniyyəsinin bağlandığını açıqladı. Bu durum İranın son dərəcə əsəblənməsinə yol açdı. İran medyası ilk başda Azərbaycana qarşı bir daha aqresif davranıb hücum etdilər. Ancaq daha sonra məsələni yumuşaltmaq üçün Xaməneyinin dəftərindən söz açmadan təkcə Hüseyniyyənin keçici olaraq bağlandığını iddia etdilər.
Əli Xaməneyinin Azərbaycandakı nümayəndəsi adını daşıyan Seyid Əli-əkbər Ocaqnejad illərdir İranın Azərbaycan ilgilərinin önəmli adlarından biri sayılır. Bu ki Azərbaycan nə məntiqə görə Xaməneyinin Bakıda nümayəndəsinin olmasına izin verib geniş bir şəkildə detaylarıyla incələnə bilər. Ancaq indiki durumda Azərbaycan hakimiyyətinin bu addımı Tehrana qarşı ciddi və açıq bir mesajdır. Azərbaycan İranın nufuzu qonusunda ciddi bir şəkildə dayanma niyyətindədir. Unutmamalıyıq ki İran İslam Cumhuriyyəti 40 illik ömründə hər zaman Şiə cəmiyəti olan ölkələrdə nufuz peşində olubdur. Məsələ dini və məzhəbi inanc olunca millətlərin necə təsir altında qaldığı da aydın bir məsələdir. Özəlliklə Azərbaycan kimi bir ölkə də ki özəlliklə İranla qiyasda inanc azadlıqları qonusunda son dərəcə demokratik bir ölkədir, İran üçün bir hərəkət alanı sayılır. İran özəlliklə Türkiyə ilə Azərbaycan kimi ölkələrdəki demokrasi potansiyellərindən faydalanıb öz nufuz alanını çoxunluqla da din və şiəçilik adı altında genişləndirməyə çalışır. İllərdir Azərbaycandan Qum şəhərinə dini təhsil adı altında gələn gənclər İranda hakimiyyətin təbliğatına məruz qalıb bir potansiyel casusa çevirməyə çalışılıbdır. Tehran hakimiyyəti uzun illərdən bəri özəlliklə Qarbağla ilgili Azərbaycan hakimiyyətini suçlayaraq Ermənistana verdiyi dəstəyi tərs göstərib gizlətməyə çalışırdı. Ancaq 44 günlük Qarabağ savaşı və ondan sonra olanlar İranın nə olduğunu ortaya çıxardı. İran açıq bir şəkildə Ermənsitana dəstək verərək özəlliklə Azərbaycanın dindar əhalisi arasında ciddi mənada gözdən düşdü. 40 İllik İranın təbliğat 44 gün ərzində yerlə bir oldu. Azərbaycan əhalisi çətinhabelə savaş günlərində kimlərin yanında olduğunu bu dönə İran mollalarının iddialarının yalan olduğunu öz gözüylə gördü. Azərbaycanın başdab- başasında diqqət çəkən başqa bir önəmli məqam da var. Son bir ildə Azərbaycanda Qarabağ savaşı sırasında Azərbaycana dəstək verən ölkələrin bayrağını hər tərəfdə görmək olar, Pakistan, Türkiyə və İsrail bayraqlarını millət sevib hər tərəfdə dalğalandırır ancaq İran bayrağını hamı Ermənistan bayrağı və onun dostu kimi qəbul edir. Sadəcə son aylarda İranın neçə ildir din adı altında apardığı təbliğatın nə qədər yalan olduğunun cəmiyət arasında aydınlandığını görmək olar.
İndi də Azərbaycan cumhuriyyətinin İranın təbliğatını yürüdən mərkəzləri bağlaması əslində İran təhlükəsinin qarşısında atılan ən önəmli addımlardan biridir. Siyasət dünyasında bir müddət sonra işlər dəyişə bilər. Ancaq kəsin bilməliyik ki, Azərbaycan artıq İrana qarşı daha çox güclüdür və Tehran hakimiyyəti birdə keçmişdəki gücünü geri qaytara bilməyəcək.

Related Articles

Bir cavab yazın

Back to top button