İran

İranın briqada komandirinə hücum edilib

Ona Sistan və Bəluçistan əyalətində hücum edilib.

İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində naməlum silahlılar İran İnqilab Keşikçiləri Korpusunun 110-cu briqadasının komandiri Hüseyn Almasinin avtomobilini atəşə tutublar.

İra mediasının verdiyi məlumata görə, bu gün aprelin 23-ü səhər saatlarında baş verən hücum nəticəsində briqada komandiri yaralanıb, onun cangüdəni Mahmud Absalan isə yerindəcə həlak olub.

Həlak olan cangüdən İran İnqilab Keşikçiləri Korpusunun Sistan və Bəluçistandakı yüksək rütbəli komandiri Pərviz Absalanın oğludur.

“Sepah”a bağlı media orqanları 4 hücumçunun saxlanıldığını iddia etsələrdə onların kimliyi barədə açıqlama verməyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button