Azərbaycan

Azərbaycan Ordusunun Aprel zəfərindən 5 il ötür

Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Avril savaşlarının başlanmasından 5 il ötür. 2016-cı il avrilin 1-dən 2-nə keçən gecədən başlayaraq bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qaldı. Nəticədə ermənilər avrilin 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Erməni vandalları dinc əhaliyə də hücum edib. Hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, mülki əhali arasında ölən və yaralananlar olub. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həyatını itirib. Bundan başqa, 26 şəxs isə ağır yaralanıb. Həmlələr zamanı çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, mərizxanalar, ibadət evləri yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub.
Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib. Əks-həmlələr zamanı 2 000 hektardan artıq ərazi azad edilib, daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy şəhristanı və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən təmizlənib. Horadiz şəhərinin qorunması məqsədilə Füzuli şəhristanı istiqamətində yerləşən, stratejik əhəmiyyətli “Lələ təpə” yüksəkliyi də Azərbaycan Ordusunun nəzarətinə keçib. Savaşlar nəticəsində 320 erməni nizamisi məhv edilib, 500-dən artığı isə yaralanıb. Düşmənə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib.
Avril döyüşlərində Azərbaycan Ordusu düşmənə öz gücünü və əzmkarlığını nümayiş etdirib. Bunun nəticəsidir ki, 2020-ci ilin septambrın 27-də rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb.
Novambrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş vəziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün nizami əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, 2020-ci ilin 20 novambrında Ağdam, 2020-ci il novambrın 25-də Kəlbəcər, 2020-ci il desambrın 1-də isə Laçın şəhrisranı barış yolu ilə Azərbaycana qaytarılıb. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bununla da Dağlıq Qarabağ münaqişəsi başa çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button