Azərbaycan

Azərbaycan Prezidenti: “Biz düşmənçilik səhifəsini tezliklə çevirmək üçün konstruktiv iş aparmaq əzmindəyik”

"Biz düşmənçilik səhifəsini tezliklə çevirmək üçün konstruktiv iş aparmaq əzmindəyik". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən söyləyib.

Dövlət başçısı qeyd edib ki, ötən ilin oktyabrında Praqada və Soçidə qəbul edilmiş sənədlər sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməldir.

“Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”, – dövlətimizin başçısı deyib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, səfərin nəticələri həmişəki kimi müsbət olacaq. (report)

Related Articles

Bir cavab yazın

Back to top button