
Azərbaycanın dəvəti ilə Türkiyə və İranın araşdıma mərkəzinin nümayəndələri Bakıya gəlib
Uluslar arası Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev: “İranla Azərbaycan arasında müəyyən gərginlik görünür. Amma üçlü formatda olan müzakirələr bundan öncə planlaşdırılmışdı. Hesab edirəm ki, yalnız araşdırma mərkəzlərinin platforması aradaolan çatışmazlıqların müzakirə edilməsi üçün məqsədəuyğun yerdir. Məqsəd İkinci Qarabağ Savaşından sonra yaranmış jeosiyasi vəziyyəti, bölgədəki yeni şəraiti müzakirə etməkdir. Nəqliyyat layihələri ilə başqa layihələr də burada danışılacaq”.