![](https://www.aznews.tv/wp-content/uploads/2022/02/z-rbaycan-v-usiya-aras-nda-m-tt-fiqlik-haqq-nda-b-yannam-imzalanacaq-0-1645449841-780x470.jpg)
Bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, imzalanma Azərbaycan Prezidentinin Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfəri çərçivəsində baş tutacaq.
İki ölkə liderlərinin görüşündə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafı məsələlərinin bütün spektrinin müzakirəsi planlaşdırılır.
Bundan başqa, dövlət başçılarının görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci il, 11 yanvar, habelə 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası məsələləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin bərpası məsələləri müzakirə olunacaq.