İran

Güneyli alim may ayında edam edilə bilər

Tehranın Evin zindanında saxlanılan İsveş-İran vətəndaşı olan Güney azərbaycanlı alim Əhmədrza Calalinin edam hökmü may ayında həyata keçirilə bilər

Bu barədə İranın “İSNA” xəbər agentliyi “etibarlı mənbə”yə istinadən xəbər verib.

Bunun İranın keçmiş prokuror köməkçisi Həmid Nurinin İsveçdə mühakimə olunması və İsveç prokurorluğunun onun barəsində ömürlük həbs cəzası istəməsinə cavab olaraq ediləcəyi ehtimal edilir.

Qeyd edək ki, professor Calali İsveç vətəndaşıdır, o İranda “Mossad”a casusluq ittihamı ilə edam cəzasına məhkum edilib. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib.

Deyilənlərə görə, o, Avropa ölkələrinə qarşı SEPAH-ın casusluq planlarında iştirakla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

Bundan öncə BMT onun səhhəti ilə bağlı İran hökumətinə xəbərdarlıq edib, habelə müxtəlif ixtisaslar üzrə 121 nobel mükafatı laureatı olan güneyli alimin azadlığa buraxılmasını tələb edib.

Related Articles

Bir cavab yazın

Back to top button