İran

İranlı deputat: Ölkənin inkişafı üçün yollar qapadılmamalıdır

“Ölkənin inkişafı üçün diplomatiya və dünyanın bütün ölkələri ilə əlaqə olmalıdır”, - deyə deputat İsmayıl Girami Müqəddəm Qərbin tətbiq etdiyi sanksiyaların şərtləri ilə İran dövlətinin razılaşmamasını tənqid edib.

“Ölkəni təcrid etməklə inkişaf mümkün olmaz. Sanksiyalar ölkə iqtisadiyyatını çökdürüb. Sanksiyalar səbəbindən maliyyə mübadiləsi imkanı olmadığı halda İran sanksiyaları aşmaqla ehtiyat hissələrinin, texnikanın idxalı üçün daha yüksək qiymət ödəməli olur.

İran, həmçinin öz neftini daha yüksək endirmlə satmalı olur. Bu proses daxili istehsalda məhsulun başa gələn qiymətinin artmasına da səbəb olub”.

O, Rəisinin prezidentliyi müddətindən 2 il qaldığını vurğulayaraq: “Dövlət qarşıdakı 2 ildə bu tərzdə davranarsa, ölkəni faciəli günlər gözləyir”, – deyib.

Related Articles

Bir cavab yazın

Back to top button