Bunu “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir indiyə kimi ümumilikdə Azərbaycanın 19 nominasiyasının qeyri-maddi irs siyahısına salındığını qeyd edib: “Bu 19 nominasiyanın 17-si qeyri-maddi, 2-si isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi irs kimi siyahıya daxil edilib.
Bunlardan 11-i milli, 8-i isə bir neçə ölkə ilə bərabər təqdim edilib”. (apa)