Azərbaycan

Bakıda ikinci “Vahid Azərbaycan Forumu” keçiriləcək

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə 17.12.2022-ci il tarixində saat 12:00-da “Astoria Bakı” otelinin konfrans salonunda II Bütöv Azərbaycan Forumu keçiriləcəkdir.

Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyünü gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Bu birlik bizim mədəni-siyasi birliyimiz olmaqla böyük bir gücə çevriləcəkdir. Millətimizin problemlərinin həlli də bu gücdən asılıdlr.

Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatlardan, Borçalıdan, Kərkükdən, Dərbənddən, Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər.

Əziz Azərbaycan xalqı. Bu Forum Sizlərin-Bizlərin Forumudur, ona görə də hər birimiz dəvətliyik.

Ünvan: Bakı şəh., Babək pros. 65 “B”.

Related Articles

Bir cavab yazın

Back to top button