
Məlumata görə, gələn ay “Austria Auction Company” hərracında satışa çıxarılacaq nəfis, qədim Şərq xalçaları arasında Azərbaycan xalçaları da var. XIX əsrin ikinci yarısına aid Azərbaycan xalçalarının ilkin qiyməti 2000-3000 avro arasında dəyişir.
“Austria Auction Company”nin “XIX əsrin zərif antik Şərq xalçaları və icma sənəti 4” auksionu 2 dekabr 2023-cü ildə yerli vaxtla saat 16:00-da keçiriləcək.
Hərraca digər ölkələrin xalqlarının da qədim əl işləri daxil olmaqla, ümumilikdə 282 xalça, antik şərq əşyaları çıxarılacaq. Onların arasında türkmən, Qafqaz ölkələrinin, Anadolu, Şərqi Türküstanın xalçaları da var.