İran

Azərbaycanın Siyasi məhbuslarının ölüm orucu və iki üzlü siyasilər

Cumhurbaşqanlığı seçimlərinə bir həftəlik bir sürə qaldı. Millətin seçim sandığından üz çevirdiyi bir zamanlarda hakimiyyət seçim meydanını qızddırmaq üçün əlindən gələni edir. Nigəhban Şurasının filterindən süzülüb aday olan 7 nəfər də bu işi qabağa aparmaya çalışırlar. Azad radyo və televizyon və imumiyyətlə medyanın olmadığı İran-da dövlət kanallarının yayınları özəl önəmə sahibdir. Hər seçimdə televizyondan yayınlanan mğnazərələr hardasa seçimin sonucunu bəlli edirdi. Bu il münazərələrdə danışılanlar seçim meydanını qızdıranmasa da Azərbaycan məsələsinin gündəmə gəlməsində böyük rolu oldu. Mohsen Mehrəlizadə və Əbdulnasir Hemməti-nin Türkcə danışması qarşı tərəfdəki adayların da hərəkətə geçmələrinə səbəb oldu. Mohsen Rizai və Rəisi də Azərbaycan haqqında danışdılar. Bu durumda bir daha Türk məsələsi ölkə gündəminə oturdu. Ancaq siyasilərin dedikləri hər zaman olduğu kimi yüzeysəl və son dərəcə popolisti sözlərdən ibarətdi. özəlliklə İslahatçı adaylar bu sözlərdlə heç bir ciddi vədə belə vermədən təkcə milləti aldatmağa çalışdılar. Ancaq bu olaylarla birlikdə Azərbaycan-da başqa önəmli hadisə daha baş verdi. O da Ərdəbil zindanında siyasi Türk məhbuslarının aclıq aksıyasına başlamalarıydı. Tanınmış siyasi fəal Abbas Lisani Şənbə günü Aclıq Etisabına başladığını bildirdi. Lisani Ərdəbil Zindan Məsullarının onun dərman haqqını əlindən aldıqlarına etiraz etdi. Abbas Lisani habelə Zindan qanunlarına tərs bir şəkildə Siyasi olmayan təhlükəli məhbusları siyasilərə əziyyət etmək üçün onların yanına göndərmək olayına etirazını bildirib buna görə aclıq etisabına başladığını bildirdi.

Abbas Lisaniylə birlikdə Ərdəbil həbsxanasında qalan bir başqa siyasi məhbus Yusuf Kari də aclıq etisabına başladığını bildirdi.

Habelə bu gün Bazar günü Riza və Əli Vaseqi və Mehrdad Şeyxi də Abbas Lisaniyə dəstək vermək üçün etiraza qoşulduqlarını bildirdilər. Hal hazırda Ərdəbil Zindanında 5 siyasi məhbus aclıq etisabına baş vurublar. Yayılan bilgilərə görə Abbas Lisani Ərdəbil Zindanının Rəisinə xitab bir açıq məktub yazaraq etiraz səbəblərini açıqlayıbdır. Lisani öz insani haqlarını almaq üçün bu etiraza başladığını və ölüm bahasına olsa belə etirazına dəvam edəcəyini açıqlayıbdır.

Bu durumda özəllikllə İbrahim Rəisi-nin nə edəcəyi Azərbaycan millətinin diqqətini çəkibdir. Ərdəbil-də siyasi məhbusların aclıq etisabı başladıqdan sonra sosyal medyada İbrahim Rəsisiyə qarşı etirazlar son dərəcə artıbdır. Hal hazırda Məhkəmə Sistemi Rəisi olan və bir başa siyasi məhbusların da canının məsulu sayılan İbrahim Rəisi-nin Azərbaycan siyasi məhbusları haqqında səssiz qalması millətin ciddi etirazına səbəb olabiləcəyi düşünülür.

İbrahim Rəisi bir halda bir halda Cumhurbaşqanı adayı olaraq azadlıq vədəsi verir ki başında olduğu Qəzaiyyə Quvvəsinə bağlı zindanlarda insanların canı heçə sayılır. Televizyon Münazirələrində popolisti sözlərlə Azərbaycan millətinin oyunu almaya çalışan İbrahim Rəisi-nin Azərbaycan siyasi məhbuslarının canına qəsd eləməsi İran hakimiyyətinin həqiqi üzünü də ortaya çıxarmış olub.

Geçmişdə dəfələrcə aclıq etisabları üzündən sağlıq durumları yaxcı olmayan siyasi məhbusların canı da ciddi təhlükədədir. Bu durumda istər hal hazırda vəzifədə olan Rəisi istərsə Azərbaycandan sarı şüar verən islahatçıların məsələyə səssiz qalması Azərbaycan milləti üçün tarixi bir sonuc gətirəcəkdir. Bir tərəfdə Mehrəlizadə, Hemməti və Rəsinin Azərbaycanla bağlı iddiaları və bir tərəfdə də siyasi məhbusların canı var.

Önümüzdəki günlərdə İran məqamları bir daha Azərbaycan milləti qarşısında bir yalan testinə tabe tutulacaqlar.

Related Articles

Bir cavab yazın

Back to top button