İranSağlıq & Yaşam

İranda Korona qurbanlarının rəsmi sayısı 82 min nəfərə yaxınlaşdı

Sağlıq Vəzirliyinin yayınladığı amara görə son 24 saat içində 115 nəfər daha Korona virus üzündən həyatını itirdi və ölü sayısı 81 min 911 nəfərə çıxıb.

Şənbə günü Xurdad ayının 22-sində yayılan sayılara görə 7 min nəfərdən çox da Korona virus mərizləri sayısına çoxalıbdır. Bu rapora görə ölkədə Korona mərizlərinin sayısı 3 milyon 20 min 522 nəfərə çoxalıbdır. Habelə rəsmi sayılar ölü sayısının 81 min 911 nəfər olduğunu görsədir. Ancaq Nizam Pezeşki Sazmanının açıqlamasına görə həqiqi ölü sayısı diyilənlərdən ən azı 3-4 qat daha çoxdur.

Sağlıq Vəzirliyinin açıqlamasına görə ölkədəki qırmızı vəziyyətdə olan şəhər sayısı 13 və narıncı rəngli şəhər də 208 olaraq bilinir. Habelə 227 şəhərin də hal hazırda sarı durumda olduğu bildirilib.

Güney və doğu şəhərlərində Hind və Afriqa mənşəli Korona virus sürətlə yayılır.

Related Articles

Bir cavab yazın

Back to top button