Hakim Asif Əl-Hüseyninin başçılığı ilə keçirilən prosesin sonunda Həmid Qarahəsənli Yəzdə 15 il, həyat yoldaşı Fərzanəni isə Məşhədə 5 il sürgünə məhkum ediliblər.
Bildirilib ki, Həmidin və Fərzanənin fiziki durumları ürəkaçan deyil. Kişi fiziki təcavüzə məruz qalmasından sonra çanaq sümüyü və ağciyərindən ciddi xəsarət alıb.
İşgəncələr zamanı davamlı olaraq baş nahiyəsindən aldığı zərbələr nəticəsində Həmid bəyin gözləri də zədələnib.
Fərzanə xanım da bir çox fiziki problemlərlə üzləşib və infeksiyaya yoluxub, lakin müalicə hüququndan məhrum edilib.