İran

Azərbaycanlı fəal həbs edildi

Təbriz sakini olan güney Azərbaycanlı milli fəal Əkbər Mühaciri 4 il həbs cəzasına məhkum edilib. O, “Rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə günahlandırılıb. Belə ki, çıxarılan həbs cəzasının 3 ili təziri həbs, 1 ili isə təliqidir.

Əkbər Mühaciri və 8 azərbaycanlı milli fəal 98-ci ilin aban ayı etirazları zamanı aksiyalarda iştirak etmədikləri halda tutuqlanıblar. Təbriz İttilaat İdarəsinin qüvvələri fəalın evinə hücum ediblər. Nəticədə onu ailəsinin gözü qarşısında döyərək tutuqlayıblar. Əkbər Mühaciri tutulduqdan sonra 75 gün ərzindəTəbriz İttilaat İdarəsinin təkadamlıq sellullarında saxlanılıb.

Qeyd edək ki, fəal türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə işkəncələrə məruz qalıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close