Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Azərbaycanlı fəallar İran rejimin əlaltılarının Azərbaycana və Türkiyəyə qarşı təhqirlərinə etiraz ediblər

Bir qrup azərbaycanlı fəal Təbrizdə molla rejimin əlaltılarının Azərbaycana və Türkiyəyə qarşı təhqirlərinə etiraz ediblər.

Bu məqsədlə azərbaycanlı milli fəallar Ərdəbildə hökumət muzdlularının son təxribatından sonra Təbrizdə İran hökumətinin Azərbaycan və Türkiyəyə qarşı təhqirlərinə cavab olaraq divarlara şüarlar yazıblar.

Divarlara “Təbriz, azadlığa hazırlaş!”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb.

Qeyd edək ki, Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Ameli Çaldıran döyüşü və Kərbəla hadisəsini bir-biri ilə əlaqələndirərək türklər arasında fitnə salmağa çalışıb. Tədbirdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqirlər səsləndirilib.

Related Articles

Bir cavab yazın

Back to top button