Azərbaycanİran

Azərbaycanlı fəalların zindanda qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılmasından 5 ay keçir

Güney Azərbaycan Milli Hərəkatının fəalları Ayaz Seyfxah, Araz Əman, Murtaza Pərvin, Tahir Nəqəvi, Hüseyn Piri, Baqir Hacızadə və Əbdüləziz Əzimi Qədimin qeyri-müəyyən vəziyyətdə Evin zindanında saxlanılmasından beş ay keçir.

Həmin azərbaycanlı fəalların cari il fevralın 5-i və 6-da Iran rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilməsindən beş ay keçməsinə baxmayaraq, onlara hələ də vəkillə görüşə və girov qarşılığında zaminə buraxılmalarına icazə verilmir.

Qeyd edək ki, azərbaycanlı milli fəallar molla rejimin ETTELAAT orqanlarının müdaxiləsi və məhkəmə orqanlarının maneələri nəticəsində hələ də zaminə buraxılmırlar.

Related Articles

Bir cavab yazın

Back to top button