Azərbaycanİran

Azərbaycanlı gənc Milad Azmun edam cəzasına məhkum edilib

O, Tehranda Bəsic üzvünü öldürməkdə ittiham edilir.

Əslən Xiyav (Meşgin) şəhərinin Qoşa kəndindən olan və Tehranın Ekbatan məhəlləsində yaşayan Milad Azamun bir həftə öncə saxlanılıb.

O, və başqa dörd gənc etiraz aksiyaları zamanı SEPAH-a bağlı yarım hərbi Bəsic qüvvələrinin üzvü Arman Aliverdini ölürməkdə ittiham olunub.

Milad Azmunun ilk məhkəməsində 0 “müharibə” ittihamı ilə edam cəzasına məhkum edilib.

Azərbaycanlı gənc məhkəmədə günahsız olduğunu və qətldə əli olmadığını deyib.

Məhkəmə iclasından yayılan videoda Tehran Polis İdarəsinin başçısı Həsən Rəhimi heç bir sübut təqdim etmədən Milad Azamunun qatil olduğunu bildirir.

Qeyd edək ki, Ekbatan məhəlləsinin sakinləri Milad Azmunun mədəni gənc olduğunu, onun adam öldürməsinə inanmadıqlarını bildirir, onun müdafiəsi üçün “Ekbatan uşaqlarının müdafiə” kampaniyası başladıblar.

Related Articles

Bir cavab yazın

Back to top button