Azərbaycanİran

Azərbaycanlı həmkarlar ittifaqı fəalı Əli Hacıya qarşı yeni iş açılıb

Təhsil Nazirliyinin əməkdaşlarının inzibati xətalarına baxan idarənin ilkin məhkəməsinin birinci şöbəsi Culfada yaşayan həmkarlar ittifaqı fəalı Əli Hacıya qarşı yeni iş qaldırıb.

İran Həmkarlar İttifaqları Təşkilatlarının Koordinasiya Şurası bu xəbəri açıqlayıb və bu fəaldan bildirişindən sonra 10 gün ərzində müdafiəsini təqdim etməsini istəyib.

Mayın 6-da bu həmkarlar ittifaqı fəalı yeni işin açılması ilə bağlı şəxsi instaqram səhifəsində yazıb: “Öncəki işin apellyasiya şikayəti üzrə qərar hələ yekunlaşmadan İnzibati Xətalar Kollegiyasını ictimai şüuru narahat etmık ittihamı ilə mənə daha bir iş qaldırıb.

Bu azərbaycanlı müəllim və Culfa müəllimlərin həmkarlar ittifaqının üzvü daha öncə Doğu Azərbaycan əyalətinin təhsil işçilərinin hazırda apellyasiya mərhələsində olan inzibati xətalarını araşdıran birinci instansiya şurası tərəfindən 6 ay müddətinə müvəqqəti olaraq işdən azad edilib.

1979-cu ildə anadan olmuş Əli Hacı müəllimlər həmkarlar ittifaqının üzvü və Culfa şəhərinin təhsil işçisi, 25 illik təhsil təcrübəsi ilə magistratura dərəcəsi ilə məzunudur.

2022-ci ilin noyabrından indiyə kimi Azərbaycanın müxtəlif şəhərlərində çoxlu sayda müəllim və universitet professoru öz hüquqlarını və qanuni tələblərini müdafiə etmək və 2022-ci il milli etirazlarına dəstək vermək üçün həbs edilib və ya müvəqqəti və daimi olaraq xidmətdən uzaqlaşdırılıb və ya icbari təqaüdə məhkum edilib.

Related Articles

Bir cavab yazın

Back to top button