Azərbaycanİran

Azərbaycanlı repçi Milad Cəlili həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına gedib

Azərbaycanlı sənətçi Milad Cəlili (İlşən) bu gün İnstagram səhifəsində video yayımlayaraq, “yalnız siyasi rep ifasına görə həbs olunduğunu” və 8 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına getdiyini açıqlayıb.

O, Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsində “Pantürk separatçı məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə İran İslam Respublikası əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu azərbaycanlı repçi bu ilin yanvar ayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və məhkəmə prosesinin sonuna qədər 300 milyon tümənlik (~5 min 500 ABŞ dollar) girov qoyaraq 30 dekabr tarixində Təbriz mərkəzi zindanından azad edilmişdir.

Related Articles

Bir cavab yazın

Back to top button