O, dözlülməz ağrılardan əziyyət çəkir və zindanın tibb məntəqəsində ona yalnız ağrıkəsici həblər verməklə kifayətlənirlər.
Evin zindanının 8-ci bölməsində saxlanılan öyrənci hərəkatının azərbaycanlı fəalı Yaşar Tohidi iyunun 7-də barəsində çıxarılan həbs cəzasını çəkmək üçün Tehranın Evin zindanına aparılıb.
O, İman Əfşarinin başçılıq etdiyi Tehran İnqilab Məhkəməsinin 26-cı bölməsi tərəfindən “Marsksist cərəyanlara üzv olmaqla ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq” ittihamı ilə 3 il 5 ay həbs cəzasına məhkum edilib.
Yaşar Tohidi 23 iyun 2021-ci ildə Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılaraq Evin zindanının təhlükəsizlik təcridxanasına köçürülüb.
Öyrənci hərəkatının fəalı 12 gün dindirildikdən sonra 500 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Tohidi bundan öncə də dinc fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalıb.