İran

İran İslam Respublikasının Ettılaat Nazirliyi tərəfindən Qaşqay vətəndaş fəallarının kütləvi həbsi

Qaşqayın 5 mülki fəalı həbs edilib

Diqqət, diqqət! Medianın diqqətinə

Soydaşlarımıza qarşı zülmə səssiz qalmayaq!

İran rejimi qaşqay mədəni fəallara qarşı səlib yürüşünə başladı
Qaşqay İnsan Haqları Komitəsindən verilən məlumata görə İran Ettelaat qüvvələri Qaşqay türklərinin mədəni fəallarını həbs etmişdir.
Daxil olan məlumatlara görə bazara ertəsi günü sübh saat 6-da İran təhlükəsizlik qüvvələri Şiraz, Firuzabad və Əsəluyə şəhərlərində geniş əməliyyat keçirərək qaşqay fəalların evlərinə hücum edib onları həbs etmişlər. Məlumata görə bu anadək 5 qaşqay fəal həbs edilərək Şiraz Ettelaat İdarəsinə aparılmışdır.
Həbs edilənlər aşağıdakılardır:
Eyvəzullah Səfəri Kəşkuli- müəllim, şair, Türk dili araşdırıcısı\
İsmayıl Musalu- araşdırmaçı- mədəni fəal
Casem Bahaduri- mədəni fəal
Səməd Avayi Xoş- mədəni fəal
Həmid Həzrəti- mədəni fəal
Qeyd edək ki, soydaşlarımız həbsinin səbəbi haqda və ittiham hər hansı məlumat verilməyib.
Həbs edilən qaşqay soydaşlarımız əsasən dil-ədəbiyyat sahəsində çalışaraq araşdırma işlərilə məşğuldurlar.
Qaşqay İnsan Haqları Komitəsi həbs edilənlərin sağlığı, ruhi və fiziki durumları ilə bağlı nigarançılığını ifadə edərək onların dərhal azad edilməsini tələb edir.

Related Articles

Bir cavab yazın

Back to top button