Azərbaycanİran

Azərbaycanlı xanım jurnalistə molla rejimin basqıları davam edir

 Təbrizdən olan azərbaycanlı xanım jurnalist Fatimə Qulipur Təbrizin Qaraağac məhəlləsində əzadarlıq mərasimində baş verən münaqişəni işıqlandırandan sonra məhkəmədə barəsində cinayət işi açılıb.

Qulipur “X” hesabında bir sıra paylaşımlar edərək, dəfələrlə molla rejimin qüvvələri tərəfindən çağırılaraq dindirildiyini bildirib.

Jurnalistin sözlərinə görə, dindirilmədən sonra onun peşəkar fəaliyyətinə bir sıra qadağalar qoyulub, habelə hədələnib. Fatimə Qulipur vurğulayıb ki, ona qarşı atılan qanunsuz addımlardan sonra barəsində qaldırılan iş Təbrizdə rejimin Cinayət Məhkəməsinin 117-ci bölməsinə göndərilib. Qulipur sərt və qanunsuz rəftarları tənqid edib.

Qeyd edək ki, Fatimə Qulipur bir müddət öncə Təbrizdə hökumət qüvələrinin əzadarlıq mərasiminə hücumu xəbərini paylaşdığına görə FƏTA (Kiberməkana Nəzarət) Polisi tərəfindən çağırılıb. Daha sonra polis idarəsində repressiv qüvvələr tərəfindən döyülərək, pilləkənlərdən sürükləndiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button