Azərbaycan

AZƏRBAYCAN QOŞULMAMA HƏRƏKATI LIDERLƏRİNİN İCLASINA EV SAHİBLİYİ EDİR

Qoşulmama Hərəkatı liderlərinin iclasının gündəliyi korona ilə mübarizədir.

Qoşulmama Hərəkatı liderlərinin iclasının gündəliyi korona ilə mübarizədir.

Bu gün Azərbaycan koronavirusla mübarizədə həmkarlıq yollarının müzakirəsi hədəfi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin onlayn görüşünə ev sahibliyi edir.

Qoşulmama Hərəkatına rəislik edən Azərbaycan prezidenti İlham Əliyev Hərəkata üzv dövlətlərin başçıları və baş vəzirlərinin koronavirusun yayılması ilə mübarizədə həmkarlıq yollarının müzakirəsi önərisini irəli sürüb.

Qoşulmama Hərəkatı liderlərinin Bakıda videokonfrans vasitəsilə keçirilən iclası Təmas qrupu çərçivəsində və Qoşulmama Hərəkatının 40-dan çox üzv ölkəsinin rəhbərləri və baş vəzirlərinin qatılması ilə bölgəsəl coğrafi nümayəndəlik qaydası əsasında baş tutur və onlayn iclasa bir sıra beynəlmiləl təşkilatların, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Afrika Birliyi və Dünya Behdaşt Təşkilatının məqamları da qatılacaqlar.
Azərbaycan Prezident dəftərinin xarici siyasət müdiri Hikmət Hacıyev bununla bağlı deyib: “Koronavirusun yayılması şəraitində beynəlmiləl həmrəyliyin gücləndirilməsi və virusla mübarizə üçün ölkələrin və beynəlmiləl qurumların birgə səyləri xüsusi əhəmiyyət kəsb edir və Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycan Prezidentinin bu önərisini hamılıqla himayət ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button