
ABŞ Prezidenti Donald Tramp seçkilərdə nə qələbə, nə də məğlubiyyət üçün nitq hazırlamayıb.
Bunu ABŞ lideri özü deyib.
O, seçkidə qalib gəlməyin asan, məğlubiyyətin isə çətin olduğunu söyləyib: “Qazanmaq asandır, itirmək isə heç vaxt asan olmur. Məğlub olmaq mənim üçün deyil”.
Onun seçkilərdəki rəqibi Co Bayden isə bildirib ki, qələbəsini elan edəcəyi halda o, Donald Trampla mübarizəni məhkəmədə davam etdirsə belə, xalqa yeni lider kimi müraciət edəcək. “Axios” nəşri onu da qeyd edib ki, C.Bayden qalib elan olunacağı halda artıq öz hökumətini formalaşdırmağa başlayacaq.
Qeyd edək ki, ABŞ-da prezidentlik uğrunda mübarizə Demokratların namizədi Co Bayden ilə Respublikaçı – hazırkı dövlət başçısı Donald Tramp arasında gedir.