Dünya

İmaratın başçısı Xəlifə bin Zayd Al Nəhyanın əmrinə əsasən İsraili Təhrim Qanunu ləğv edib

İmaratın başçısı Xəlifə bin Zayd Al Nəhyanın əmrinə əsasən İsraili Təhrim Qanunu ləğv edi. Eləcə də, iki ölkə arasında ticarət razılaşmalarına icazə sənədi çıxarıb.

İmaratın rəsmi xəbər ajansı Şəhrivər ayının 8-də yazıb ki, bu ölkənin başçısının əmri, İmarat ilə İsrail arasında “ikitərəfli rabitələrin qurulması üzrə razılaşmanın qorunması” yöndədir.
Həmin əmr İsrail ilə İmarat arasında birbaşa ilk uçuşun ediləcəyi ərəfəsində çıxarılıb.
Uçuş Şəhrivər ayının 10-da İsrailin El Al Hava Uçuşları Şirkəti tərəfindən Telaviv və Əbuzəbi arasında olacaq. Uçuşun müsafirləri sırasında isarilli bir heyət, Amerikanın dövlət adamları, o cümlədən Trampın yeznəsi və müşaviri Cared Kuşner olacaqdır.
Uçuş müddətinin azaldılması üçün bu uçağın Ərəbistanın göyərtəsindən keçib keçməyəcəyi hələ bəlli edilməyib.
Bildirək ki, üç ay öncə İmaratın Hava Uçuşları Şirkəti olan Əl İttihad, korona ilə mübarizə yöndə filistinlilərə tibbi təchizat və yardımları çatdırmaq üçün ilk dəfə olaraq İsrailə uçub.
İsrail ilə İmarat arasında rabitələrin qurulması üzrə razılaşma, iki həftə əvvəl Amerika himayəsi ilə olub. Həmin razılaşmadan sonra, İsrailin baş vəziri Benyamin Natenyahu bilirib ki, onlar İmaratın azad iqtisadi bölgələrindən mal varid edəcək.
Xatırladaq ki, xarici şirkətlər, İmaratın azad iqtisadi bölgələrində, daha az xərclərlə fəaliyyət edə bilirlər. Xarici sərmayə yatıranlar da, belə bölgələrdə, öz şirkətlərinin yüzdə yüz malikidirlər.
İmaratla İsrailin razılaşmasında ticarət rabitələrinin qurulmasından savayı, iki ölkənin səfirliklərinin də açılması nəzərə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button