İran

Azərbaycan-İran arasında iqtisadi həmkarlıq məsələləri nəzərdən keçirilir

İranın Ticarət Otağının rəisi Qulamhüseyn Şafeyi İranın Azərbaycandakı yeni səfiri Seyid Abbas Musəvi ilə görüşüb. Görüşdə iki ölkə arasındakı ticarət oləviyətləri və iqtisadi həmkarlıq məsələləri nəzərdən keçirilib. İranın Azərbaycanla mərz gömrüklərində həmahənglik və vahid idarəetmə sisteminin icrasının zəruriliyi vurğulanıb.Ticarət Otağının rəisi İranın Bakıdakı yeni səfiri ilə görüşdə mərz gömrüklərində həmahəngi ilə bağlı bir sıra çətinliklərə işarə edib. Gömrükdə vahid idarəetmə sisteminin zəruriliyini qeyd edib. Görüş zamanı, Şafeyi qonşu ölkələrlə iqtisadi əməkdaşlığı İran dövlətinin prioritet vəzifəsi olaraq vurğulayıb. “İranın Ticarət Otağı və ölkənin xüsusi bəxşi İranın Azərbaycandakı nümayəndəliyi ilə daha geniş həmkarlıq etməyə hazırdır. Ümid edirik ki, həmkarlığı genişləndirərək və ticarət- iqtisadi bilgi mübadiləsi aparmaqla, Azərbaycanla həmkarlıq həddinin daha da artmasına kömək edə bilər, – deyə bildirib. Ticarət Otağının rəisi iranlı sadiratçıların üzləşdiyi ən əsas problemlərin daxildə yaradılan çətinliklərlə bağlı olduğunu qeyd edib. Şafayi, “bu gün sadiratçılara dəstək olmaq yerinə onların qarşısında maneələri artırırlar. Halbuki, sadiart yolunu açmaq üçün manelər sadələşdirilməlidir” – deyə çətinliklərin sadirata maneə yaratdığını və iqtisadi fəaliyyətin durğunlaşmasına səbəb olduğunu əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button