İran

Babək Əsədi: “Biz torpaq yeyərik, ancaq torpaq satmariq”

Hər gün xəbərlərdə bir neçə Azərbaycançının həbs edilməsinin şahidi oluruq. Ancaq Tehran hakimiyyətinin əmniyyəti qüvvələri bununla da rahatlamırlar. Vətənini sevən hər bir azərbaycanlını muxtəlif yollarla incidib yurdundan uzaqlaşdırmağa çalışırlar. Onlara iş imkanı vermir, iş sahələrini muxtəlif bəhanələrlə qapadırlar.

Bəli, biz yalnız həbs və işgəncə ilə təhdid edilmirik. Şəxsi həyatımızdan tutmuş ta iş yerimizə qədər belə heç bir əmniyyətimiz güvəndə deyil. Bu gün həyatının bir güşəsini bizimlə bölüşən vətəndaşı dinlədik:
“Atam Əsədullah Əsədi təhsilin 1359-60-cı ildə amuziş-pərvərişdə işə götürüldü. Daha sonra doktorluq təhsilini 1373-cü ildə bitirdi və işə alınması ilə bağlı mədrəklərini idarəyə verdi. Ancaq idarədə rəsmi işçi olmasına baxmayaraq, onun yenidən goziniş olmasını istədilər. Beləliklə, 1373-cü ilində atamın əmək haqqını kəsdilər. Uzun müddət etiraz və çəkişmələrdən sonra siyasi-əmniyyəti ittihamı ilə məhkəmədə Sələvati Soy adında olan bir qazi 10 il həbs cəzası verdi. Bu hökm təcdid nəzər dadqahında 5 ilə endirildi. Atam 5 illik həbsdən çıxdıqdan sonra haqlarını istədi. Şikayətdən sonra amuziş-pərvəriş idarəsi Divan-e-Ədalətdə məhkum olundu. Ancaq bu məhkumluq elə də təsirli olmadı. Belə ki, 1393-cü ildə verilən pul təqribən 20 il öncənin dəyərləri ilə ödənildi. Həmin pul isə təvərrüm nəticəsində dəyərini 100 bərəbər itirmişdi. Bu məsələyə nə qədər etiraz etsək də, heç bir xeyiri olmadı. Bundan sonra atama heç bir iş qurmağa da imkan vermədilər. Bu yaxınlarda isə atam birdən-birə yox oldu. 3-4 gün axtarışdan sonra atamın marağa zindanında saxlanıldığını öyrəndik. Məmurlar maşınına uyuşdurucu maddəsi yerləşdirərək, ona şər yaxmışdılar. Bunun əsasında pərvəndə düzənlədilər. Ayrıca bu işi düşünülərək bizdən uzaq şəhər olan Marağada həyata keçirdilər. Atam uyuşdurucu maddələri satıcısı deyildi, doktor idi. Hazırda yaxılan şərlə bağlı ona 3 il yarım müddətində həbs cəzası veriblər. İndi onu nə azmayiş etməyə, nə də görüşməyimizə imkan verirlər.
Bundan başqa, mənim öz işlərimlə də bağlı bir çox maneələr törədirlər. Azərbaycan milliyətçisi olduğum üçün danişqahda ingilis dilində tədris etməyimə mane oldular. Həqqultədris olmağıma baxmayaraq, Əhərin İttilaat idarəsi tədrisimə izin vermədilər. Bundan sonra balıqçılıq işi ilə məşğul olmağa başladım. Yol idarəsinin 5 il öncə mülkümün yol hərimlərini təyin etməsinə baxmayaraq, 3 ay öncə yol idarəsinə etdiyim müraciətdən sonra bir daha gəlib mülkümün hərimlərini təyin etdilər. Hərimin 17 metr təyin etmələrinə baxmayaraq, mən 17 metr yarım geri çəkilərək qapımı və divarlarımı quraşdırdım. Bundan 3 ay sonra həmin mülkə salon tikməyimlə bağlı yol idarəsinə müraciət etdim. Hansı bir mane olması ilə bağlı sual verdim. Cavab verdilər ki, 17 metr hərimdən sonra istədiyin işi görə bilərsən.
Hərimdə tikinti işləri ilə bağlı təqribən 2 ay öncə bir ixtar gəldi. Bundan sonra yerin plan və videosunu çəkərək Şərqi Azərbaycanın yol idarəsinə apardım. Yol idarəsində tikintiyə heç bir maneənin olmadığını bildirdilər. Dedilər ki, sən işlərini davam etdirə bilərsən. Buna baxmayaraq, tam əmin olmaq üçün bir neçə dəfə təkrar sual verdim, tikinti üçün borc götürdüyümü belə anlatdım. Onlar isə cavan məktub cavabının gəlməsi üçün prosesin uzun çəkəcəyini bildirdilər.
Ancaq bu gün 5-ci ayın 7-i olaraq 20-30 məmur gəlib loderlə anbarımız dağıtdılar.
Mən həmin məsullara başa salmağa çalışdım ki, tikinti üçün iznim var. Cavabında isə dedilər ki, bu işin bizlə heç bir ilgisi yoxdur, əmr başqa yerdən gəlib və siz dadistanın numayəndəsi ilə danışmalısınız. Dadistan numayəndəsi isə, “burada bir kərpicin sağlam qalmasına belə izin verməyəcəm!”, – dedi.

Bundan sonra çox xahiş etməyimə baxmayaraq, dəmirlərimi belə götürməyimə imkan vermədilər. Hadisə yerində olan hər kəsi video çəkmələri və xəbər yayınlamaqla bağlı təhdid etdilər. Özümü isə tutuqlayaraq bir maşına saldılar. Beləliklə, balıq dəni ambarımı tamamilə təxrib etdilər. Təxrib zamanı binanın içərisində olan bir çox əşyalarımı götürməyimə belə izin vermədilər. Bütün hər şeyim məhv edildi.
Bütün bu hadisələr məsələ ilə bağlı məhkəmə tərəfindən heç bir ixtar və ya ehzarın gəlmədiyi halda baş vermişdi.
Baş verənləri əmniyyəti qüvvələr tərəfindən öncədən düşünülmüş bir hərəkət olaraq hesab edirəm. Bu iş tamami ilə qanunsuzdur!
Hazırda yol idarə məsullarına hadisənin baş verməsini danışıb “izninizlə hər işi görmüşəm”, – demişəm. Cavab veriblər ki, bizim əlimizdən bir iş gəlməz, bu məsələ fərqlidir.

Baş verənləri düşündükdə, onların məni vətənimdən qovmaq istədikləri qənaətinə gəlirəm. Ancaq nə baş verirsə versin, bu vətəni tərk etməyəcəyəm!
Ulu babamız Səttarxan demişkən, biz torpaq yeyərik, ancaq torpaq satmarıq. Mən burada dünyaya göz açmışam, burada da öləcəyəm. Bunlar Azərbaycanın hər bir nöqtəsini Qarabağ kimi qarabəxt etmək istəyirlər. Biz isə bunun qarşısında malımızla, canımızla dayanacayıq. Burası Azərbaycan millətinə aiddir və hər hansı başqa bir millətə satılmasının qarşısında canımızda nəfəs olana qədər mübarizə aparacağıq.

Related Articles

Bir cavab yazın

Back to top button