İran

AZƏRBAYCAN-İRAN SƏRHƏDİNDƏ ATIŞMA OLUB, ÖLƏN VAR

Dövlət Mərz Xidməti dövlət sərhəddinin mühafizəsinin təmin edilməsi sahəsində təd­birləri davam etdirir.
Dövlət Mərz Xidmətinin məlumatına görə, juənin 17-si  Cəlilabad Şəhristanının Kürünc kəndi yaxınlığında 3 nəfər naməlum şəxs İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət mərzini pozub.
Mərz pozucularının silah və gecə görmə dəsgahları ilə silahlanması, onlardan birinin üzərində içərisində müxəddirə maddə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilib.
Mərz qüvvələri tərəfindən “Dayan” əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açılıb. Lakin onlar əmrə tabe ol­mayıblar. Mərz qüvvələrinə qarşı av­to­mat silahdan atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd ediblər.
Mərz qüvvələri tərəfindən “Azərbaycan Respublikasının dövlət mərzi haqqında” qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olun­ub. Mərz pozucularından biri güllə ya­rası alıb və İrana qaçmaq məqsədilə mərz çayı olan “Bolqarçay”ı keçərkən suda ölüb. Mərz pozucusunun cəsədi İran mərzçiləri tərəfindən sudan çı­xa­rılıb. Digər mərz pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olma­sından istifadə edə­rək geri qaçıb. Lakin İran mərzçiləri tə­rəfindən öz ərazi­lərində saxlanılıblar.
Hadisə yerində Azərbaycan və İran mərz məqamlarının gö­rüşü ke­çirilib.

Related Articles

Bir cavab yazın

Back to top button