AzərbaycanDünya

“Azərbaycan-İsrail strateji tərəfdaşlığını və həqiqi dostluğunu inkişaf etdiririk”

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim İsrail səfiri Mixael Hersoqla görüşüb.

 bu barədə Xəzər İbrahim “Twitter“də yazıb.
Səfir görüş barədə təəssüratlarını ifadə edərək deyib:
“Dərin müdrikliyin və peşəkarlığın təcəssümü olan səfir Hersoqla görüşdən böyük şərəf və həzz hissi aldım. Dünyada mövcud təhdid və dəyişikliklərin fonunda biz Azərbaycan-İsrail strateji tərəfdaşlığını və həqiqi dostluğunu inkişaf etdiririk”.
İsrailin ABŞ-dakı səfiri Mixael Hersoq isə görüş barədə bunları qeyd edib:
“Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimlə gözəl görüş baş tutdu. Üzləşdiyimiz regional təhlükələr barədə fikir mübadiləsi apardıq və unikal strateji tərəfdaşlığımızı gücləndirmək yollarını müzakirə etdik. Mən əməkdaşlığımızın davamlılığına, genişlənəcəyinə inanıram və İsraildə Azərbaycan səfirliyinin açılışını qeyd etməyi səbirsizliklə gözləyirəm”.(Ednews)

Related Articles

Bir cavab yazın

Back to top button