İran

ARAZ ÇAYINDA BALIQLAR NİYƏ TƏLƏF OLUR?

Araz çayının balıqları Tələf olur. Bu barədə ANT-YƏ şəkillər daxil olub. Bu hadisə artıq illərdir davamlı olaraq baş verir.
Yerli sakinlərinin bildirdiyinə görə bu acınacaqlı hadisə insanların Sərətan mərizliyinə tutulmasına gətirib çıxarıb. Bu barədə illər öncə hakimiyyət tərəfindən qətlə yetirilən doktor Əsğər Prizadə də təiid etmişdi. Onun sözlərinə görə 2015-ci ildə təkcə, Ərdəbil ustanında 2000 min nəfər qan sərətanı mərizi olub.. Bu hadisəni qeyri adi elam edən doktor araşdırma apardığı üçün şübhəli şəkildə qətlə yetrilib.
Xatırladaq ki, 96-cı ilin şəhrivər ayında eyni hadisə baş vermişdi. Bununla bağlı mühitzist fəalları dəfələrlə Araz çayına Ermənistan tərəfindən axıdılan mədən pəsabları barədə ixtar veriblər.
1395-ci ilin aban ayında Şərqi Azərbaycanın ustandarisində Araz çayındakı vəziyyətlə bağlı cələsə keçirilib.Qeyd olunub ki, Araz çayına Ermənistan tərəfindən sənəti pəsabın axıdılması bölgəni şiddətli muhitzist problemlərlə qarşı-qarşıya qoyub. Çələsədə Ustandarinin siyasi-əmniyyəti muavini Səid Şəbistəri bildirib ki, Ermənistanın bir neçə sənəti vahidi tərəfindən caya axıdılan pəsablar suda ağır filizzat əmələ gətirir. Doktor Əhməd Baybordi Araz çayında tələf olan balıqların ölüm səbəbinin bu ağır filizlərlə əlaqəli olduğunu bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button