Azərbaycan

Azərbaycan Ordusunun Ağdam zəfəri “Kuwait times” qəzetində

Küveytin ingilis dilli “Kuwait Times” qəzetində Azərbaycan qoşunlarının Ermənistanın təhvil verdiyi Ağdam şəhristanına daxil olması barədə məqalə dərc edilib. Bu barədə Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib. Yazıda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən, Ermənistanın Ağdam şəhristanını təhvil verdiyi qeyd edilib.
Məqalədə 6 həftəlik döyüşlərdən sonra əldə edilən üçtərəfli atəşkəs razılaşması haqqında geniş məlumat verilib. Bildirilib ki, razılaşmaya əsasən, tərəflər döyüşlərə son qoymağı və işğal altındakı əraziləri Azərbaycana qaytarmağı qəbul ediblər.
Yazıda Azərbaycan və Ermənistan paytaxtlarındakı durum müqayisə olunub. Bildirilib ki, Bakıda insanların qələbə sevinci yaşadığı halda, Ermənistanın paytaxtı İrəvan küçələrində etirazlar davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button