Azərbaycan

Azərbaycan sərhədini pozmaq istəyən şəxs zərərsizləşdirilib

Azərbaycan Cümhuriyyətinin Dövlət Mərz Xidməti tərəfindən dövlət mərzinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Aparılmış əməliyyat tədbirləri zamanı avrilin 4-ü saat 06:15 radələrində 2 şəxsin İrandan Azərbaycan Cümhuriyyəti yönündə dövlət mərzini pozduğu bəlli edilib. Məsələ ilə bağlı Dövlət Mərz Xidmətindən məlumat verilib. Şübhəlilər mərz xidmətinin “dayan” əmrini icra etməyərək, geriyə qaçıblar. Nəticədə “Azərbaycan Cümhuriyyətinin dövlət mərzi haqqında” Qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edilib və onlardan biri yaralanıb. Başqa şəxs isə olay yerindən qaçaraq müqabil əraziyə keçib.
Yaralıya dərhal ilkin tibbi yardım göstərilib.
Olay yerində 2 bağlamada ümumi çəkisi 5,3 kiloqram uyuşdurucuya bənzər maddələr tapılıb. Məsələ ilə bağlı cinayət işi açılıb.

Related Articles

Bir cavab yazın

Back to top button