Azərbaycanİran

Qərbi Azərbaycan əyalətində 5 dövlət əmuru həbs edilib

Bu barədə əyalət məhkəməsinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Qərbi Azərbaycan əyalətinin ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı məlumata görə, əyalətin Sərdəşt şəhərində 5 bələdiyyə işçisi həbs edilib.

Məlumatda əyalətin məhkəmə sisteminin başçısı Nasir Ətəbatiyə istinadən saxlanılanların korrupsiya və mənimsəmədə ittiham olunduqları qeyd olunub.

Həbs edilən bələdiyyə məmurlarının kimiyi barədə açqlama vermədən onların barəsində cinayət işinin açıldıını, onlarla əlbir olan şəxslər barədə araşdırmalara başlanıldığı bildirilib.

Qeyd edək ki, bir müddət bundan öncə Qərbi Azərbaycan Baş Müfəttişliyinin rəisi Səccad Dədəcaninin verdiyi məlumata görə, son bir il ərzində əyalətdə müxtəlif dövlət idarələrində çalışan 430 nəfər həbs edilib.

Beynəlxalq Şəffaflıq Təşkilatının yeni yaydığı 2021-ci ildə Korrupsiya Qavrama İndeksində İran 180 ölkə arasında 150-ci yeri tutub.

Related Articles

Bir cavab yazın

Back to top button