İran

Xarici ölkələr iranla əməkdaşlıq etmək istəmir

İranın nəft vəziri Bijən Namdar Zəngənə, Azadeqan Cənub yatağının işlənməsinin təkmilləşdirməsi üçün qərarların imzalanması mərasimində iştirak edib. “Fərzad yatağının əsas qərarı tezliklə İran şirkəti ilə imzalanacaq. İndi heç bir xarici ölkə bizimlə əməkdaşlıq etmək istəmir” deyə o, çıxışı edib. Çinlə əməkdaşlıq müqaviləsinə ilə bağlı da fikir bildirib. Vəzirin sözlərinə görə, Çin ilə nəft sahəsində uzunmüddətli qərar, habelə yuxarı və aşağı bölümdə nəft sənayesinin gəlişməsi sahəsində əməkdaşlıq müzakirə olunur. Bildirilib ki, bu sahələrdə İsraildən başqa hər hansı bir ölkə ilə əməkdaşlıq etməyə hazırdılar. O, bu il ölkənin petroşimi məhsullarının tolid gücünə 25 milyon ton artırılacağını da vurğulayıb. “Sadiratda yaxşı vəziyyətimiz var. Ancaq bununla bağlı geniş bilgi verə bilmərəm” deyə o, qeyd edib. Habelə Zəngənə İran-Hindustan nəft əməkdaşlıq məsəsləsinə də aydınlıq gətirib. “Fərzad yatağının gəlişməsi üçün Hindustan ilə qərarın niyə imzalanmadığını soruşurlar. Qeyd edək ki, bu qərar deyil anlaşma idi” deyə o, əlavə edib.

Related Articles

Bir cavab yazın

Back to top button