İran

İranda koronavirusla bağlı son statistika

İran Sağlamlıq Vəzirliyinin sözçüsü, ölkədə 2,414 yeni koronavirus mərizinin oldugu bildirib. Belə ki, Covid-19 mərizlərinin sayı, 30 tir gününə qədər 276.202 nəfərə yüksəldiyi açıqlanıb. Sima Sadat Lari son 24 saatda İranda daha 217 insanın öldüyü barədə bilgi verib. Beləliklə, İranda korona virusundan ölənlərin ümumi sayı 14.405-ə çatıb. Onun sözlərinə görə, mərizlərdən 3583 nəfərin vəziyyəti ağırdır. İndiyə qədər 240,087 nəfər isə sağalıb.
Xatırladaq ki, bu günə qədər ölkədə 2.175.217 milyon Covid-19 testi keçirilib.
Hazırda Şərqi Azərbaycan, İlam, Buşehr, Xorasane Rəzəvi, Əhvaz, Zəngan, Gülüstan, Mazandaran, Kerman və Fars ustanları qırmızı vəziyətdədir. Son aamara görə, Qərbi Azərbaycan, Tehran, Ərdəbil, İsfahan, Əlborz, Cənubi Xorasan, Sistan və Bəluçistan, Kohgiluye və Boyer-Əhməd, Lorestan, Həmədan, Yəzd, habelə Şimali Xorasan ustanları isə ixtar vəziyətindədir

Related Articles

Bir cavab yazın

Back to top button