Azərbaycanİran

“Azərbaycan siyasi məhbuslarının açıq məhkəməsi” kampaniyasına onlarla insan qoşulub

İranda və dünyanın müxtəlif yerlərində onlarla azərbaycanlı siyasi fəal İnstaqram səhifələrində videolar dərc edərək fəalların uzun müddətli saxlanması və işlərin açılması ilə bağlı qanunsuz prosesə etiraz ediblər.

Azərbaycan türkcəsində olan bu iki dəqiqəlik videolarda #Azərbaycanın_siyasi_məhbuslarının_ictimai_məhkəməsi həştəqi ilə siyasi və ictimai fəallar İran hökumətindən siyasi məhbuslar üçün açıq məhkəmə prosesi keçirməyi və məhbusların əsas hüquqlarına hörmətlə yanaşmağı xahiş ediblər.

Son aylar Güney Azərbaycan bölgəsində özbaşına həbslər və işlərin açılması prosesi xeyli artıb. Bu işlərin bariz nümunəsi hakim Salavatinin rəhbərlik etdiyi Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində 23 azərbaycanlı fəala qarşı işin açılmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button