İran

Azərbaycan Siyasi məhbusu təkrar zindana qayıdıb

Azərbaycan Siyasi Məhbusu Salar Tahir Əfşar, bugün Şənbə Xurdad ayının 29-u 1 illik həbs cəzasının qalanının çəkmək üçün yenidən Urmu Həbsxanasına qayıtdı.

Tahir Əfşar bundan qabaq 300 milyon tümən vəsiqə qarşılığında zindandan 5 günlük izin ilə çıxmışdı. Azərbaycan Milli fəalı Fərvərdin ayının 30-da atası evində 1 illik həb cəzasını çəkmək üçün tutuqlanmışdı.

Salar Tahər Əfşar geçən il Tir ayın 26-da Qarabağ məsələsiylə bağlı etdiyi etirazlar bəhanəsiylə tutuqlanmışdı. Tahir Əfşar o zaman 5 günlük sorqudan sonra məhkəmə tarixinə qədər geçici olaraq azad buraxılmışdı.

Birinci məhkəməsində 4 il həbs cəzasına məhkum olan Azərbaycanlı fəal daha sonra Urmu-nun 13-ci məhkəməsi tərəfindən 1 il kəsin həbs cəzasına məhkum edildi.

Related Articles

Bir cavab yazın

Back to top button