İran

Urmu Gölünün dirçəldilməsi geciksə çoxlu xəsarət törədə bilər

Urmu Gölünü Dirçəltmə Sitadının üzvü Məsud Təcrişi uyarıb: “Urmu Gölünün dirçəldilməsi durumu geciksə əgər çoxlu xəsarət törədə bilər, toz-torpaq qasırğaları ölkənin batı kəndlərinin boşalmasına gətirib çıxaracaq. Enerji vəzirliyi bu ildə Urmu Gölünün su haqqını verilməsini göz ardına qoyub. Bu il Urmu Gölü hövzəsində yağıntılar yüzdə 20-35 azalıb, bundan başqa gölün su haqqından yüzdə 65-i verilməyib. Gölün indilik su tarazı min 271 metr 25 santimetrdir, su səthi isə 3 min 405 mürəbbə-kilometrdir. Bu ildə gölün su tarazı və səthinin azalması ilə yanaşı, həcmi də ötən ilə görə 1 milyard 300 milyon mükəəb-metr azalmaqla 6 milyard mükəəb-metrdən 4 milyard 700 milyon mükəəb-metrə enib.”
Təcrişi eləcə vurğulayıb: “Urmu Gölünun su tarazı və səthinin azalması gedişi, yağıntıların azaldığı və gölün su haqqının verilmədiyinə görədir. Biz hələ də su qaynaqlarını və yaşam çevrəsini idarə etməyi üstün tutmuruq.”

Related Articles

Bir cavab yazın

Back to top button