Azərbaycan

Azərbaycan-Türkiyə-Pakistan ittifaqı

“Azərbaycan-Türkiyə-Pakistan birliyi qardaşlıqla həmrəylik birliyidir”

“Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli dostluq və əməkdaşlıq münasibətləri ən yüksək səviyyədədir və bütün yönlərdə uğurlu irəlləyişi davam etdirir. Bu baxımdan 12 septambr 2021-ci il tarixdə başlanmış və septambrın 20-dək davam edəcək “Üç qardaş – 2021” birgə uluslararası təlimi böyük önəmli tarixi hadisədir”.

Bu fikirləri Azərbaycanın Milli Məclisi nümayəndəsi Kamaləddin Qafarov deyib.

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə keçirdikləri təlimin bölgəsəl sülhün qorunması baxımından da böyük önəm daşıdığını vurğulayan millət vəkili bildirib ki, birgə nizami təlimlər həm də ölkələrimiz arasında münasibətlərin yalnız qarşılıqlı hörmətlə etimad əsasında formalaşdığının göstəricisidir: “Azərbaycan 44 günlük Vətən savaşında əldə etdiyi tarixi qələbə ilə özünün torpaq bütövlüyünü bərpa etdi və Güney Qafqazda yeni jeosiyasi gerçəkliyin yaranmasını həyata keçirdi. Bu reallıqlar arxasında diqqəti çəkən ən önəmli məqamlardan biri də yeni siyasi bölüklərin formalaşması oldu. Bu baxımdan yalnız Azərbaycan-Türkiyə-Pakistan münasibətləri bu gün bütün dünyanın diqqətini çəkən birliyinyaranmasıdır

Related Articles

Bir cavab yazın

Back to top button