İran

İrana qarşı sanksiyalar geri qayıdacaq

Amerikanın xarici işlər vəziri Mayk Pompeo Amerikanın “maşa mekanismi”nin işə salınmasından sonra İrana qarşı təhrimlər barədə məlumat verib. Onun sözlərinə görə, “Birləşmiş Millətlər Təşkilatının İrana qarşı bütün təhrimləri” şəhrivərin 30-dan başlayaraq geri qayıdacaq.
Mayk Pompeo bu barədə dünən Tuiter səhifəsində yazıb:
“Ötən həftə Amerika Əmniyət Şurası beynəlmiləl sülh və əmniyəti qorumaq vəzifəsini yerinə yetirə bilmədikdən sonra, Birləşmiş Millətlər Təşkilatının İrana qarşı icra etdiyi bütün təhrimlərin həqiqi geri qaytarılması üçün 30 günlük bir proseyə başlayıb”.
Amerikanın xarici işlər vəziri qeyd edib ki, Əmniyət Şurasının hər bir üzvü təhrimlərin ləğvinin davam etdirilməsi üçün hər hansı qətnamə önərmək istəyərsə, Amerika buna qarşı çıxacaq. Hətta qətnamə təqdim olunmasa belə, təhrimlər şəhrivərin 30-da geri qayıdacaq. Mayk Pompeo “Əmniyət Şurasının 2231 saylı qətnaməsi bunun icrasını istəyir”, – deyə vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button