Azərbaycan

Azərbaycan XİN Paşinyana cavab verib

Siyasi məhbus Əlirza Fərşi özünün sosial media hesabında paylaşım edərək məzuniyyət müddətinin 20 iyun tarixinə kimi yenidən uzadıldığını yazıb.

Baharistan şəhəri Ümumi və İnqilab Prokurorluğunun Məhkəmə Hökmlərinin İcrası İdarəsinin ikinci bölməsinin hakimi Vəliullah Heydərnəjad məzuniyyət müddətimi iyunun 20-ə kimi uzadıb və Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə göndərilən cinayət işimin ardını tutmağını tövsiyə etdi.

O, 2014 və 2019-cu illərdə barəmdə açılan cinayət işinin birləşdirilməsini və bununlada qalan məhkumluq dövrümün elektronik qandalla zindanda qıraqda keçirilməyimin mümkün olduğunu bildirdi”-deyə, Fərşi yazıb.

Əlirza Fərşi sağlamlığında problemlər yarandığı və gözündən əməliyyat olunması səbəbindən yanvarın 9-da Tehranın Fəşafuyə zindanından tibbi məzuniyyətə buraxılıb və məzuniyyət müddəti iki dəfə uzadılıb.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ilin iyul ayının 21-də Tehran şəhərində beynəlxalq ana dili günü mərasimində iştirak etdiyi üçün digər milli fəallar ilə birlikdə İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, neçə gün saxlanıldıqdan sonra müvəqqəti olaraq məhkəmə iclasına qədər sərbəst buraxılıb.

Ə.Fərşi 2016-cı ildə, Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən “İranın milli təhlükəsizliyini pozmaq qəsdi ilə qruplaşmada iştirak etmək” ittihamı ilə 15 il həbs və İranın güneyində yerləşən Xuzistan vilayətində iki il sürgün həyatı keçirmə cəzasına məhkum edilib.

Bu cəza, daha sonra Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsinin sədri olan hakim Babayi tərəfindən 2 il həbs və 2 il sürgünə endirilib.

Nəhayət 2020-ci ilin iyul ayının 21-də bu milli fəal yaxalanıb və iki illik həbs cəzasını çəkmək üçün Tehran şəhərinin Evin həbsxanasına köçürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button