Azərbaycan

AZƏRBAYCANA İŞIQLI GƏLƏCƏK BƏXŞ EDƏN MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

Bu gün 28 May Azərbaycan Cumhuriyyətinin quruluşunun 102-ci il dönümüdür. 1918-ci ildə Türk və Müsəlmən dünyasının ilk Cumhuriyyətini qurmaqda lider rolu olan Məhəmməd Əmin Rəsulzadə-nin yaşamından illər keçməsinə baxmayaraq hələ də azərbaycançılığın yol aldığı sönməyən işıqdır. Məhəmməd Əmin Rəsulzadənin özəlliklə Rus və Fars faşizminə qarşı duruşu illər keçdikdən sonra yenə xatırlanır. Rəsulzadə-nin on illər bundan qabaq qələmə aldığı əsərlərdə dünya görüşü və dərin siyasi bilgisi önə çıxıb. Özəlliklə İranda yaşayan Türklər və umumiyyətlə Güney Azərbaycanın demokrasi mübarizəsində də aktiv rolu olub.
Rəsulzadə 1908-ci ildə 24 yaşındaykən İran-a gəlib. O zaman İran və özəlliklə Azərbaycan məşrutə hərəkatıyla məşğuluydu. Elə Məhəmməd Əmin Rəsulzadə də bu hərəkatda aktiv rol aldı. 1910-cu ildə İran-ın Demokratik Partisinin qurulmasında mərkəzi bir rolu vardı. Daha sonra 1911-ci ildə Ərdəbil-də nəşr olunan Səadət-i Bəşər kitabı özəlliklə zamanın siyasət düşüncəsi adına dəyərli sözə sahib idi. Rəsulzadə bütün ömrü boyu elmi işlərinə davam edib ,zamanının ən peşəkar jurnalistlərindən sayılırdı. Belə ki Seyyid Həsən Tağızadə-nin dediyinə görə o İran-a modern mənada jurnalistliyi gətirən ilk şəxs oldu.
Məşrutə inqilabının başarısız olmasından sonra Rəsulzadə 1911-də Türkiyə-yə getdi. Türk Ocaqları bünyəsində Türk dünyası haqda dəyərli əsərlər yaratdı. Rəsulzadənin Türk Yurdu nəşriyyəsində “İran Türkləri” başlıqlı qələmə aldığı məqalələrdə İran Türkləri məsələsini Türkiyə-də yazıb anlatmağa çalışdı.
Məhəmməd Əmin Rəsulzadə sonralar və 1918inci ildə Türk və İslam aləminin ilk cumhuriyyətini qurmaqla Azərbaycan adını tarixə yazdırdı.
Rəsulzadə Bakının təkrar işqalindən sonra yeni bir mühacirət hayatına başladı. Uzun illər vətəndən uzaq düşən rəsulzadə, Rusiyə ilə Almanda yaşadı. Özəlliklə 1922-ci ildə İstanbul-a qayıtdığından sonra Azərbaycan Milli Mərkəzini qurdu. O illərdə Rəsulzadə bir neçə dəyərli əsər qələmə aldı. Onlardan ən məşhuru Azərbaycan Cumhuriyyəti əsəridir. O zaman Türkiyədəki iş başında olan hökümətlərin Türkçülərə fərqli baxışı var idi. 1931-ci ildə Rəsulzadə bir çox Azərbaycan siyasi fəalıyla birlikdə Rusiyə-yə təhvil verildi. Rəsulzadə o tarixdən 16 il sonra 1947-ci ildə təkrar türkiyə-yə qayıda bildi. Ankaraya gəldikdən həmən sonra yenə Türk dünyasının ürəyi olan Azərbaycan haqqında yazmağa dəvam elədi. Uzun illər muhacirətdə ailəsindən uzaq qalmaq onun sağlamlığına mənfi təsir etdi. Rəsulzadə 1955-ci ildə 71 yaşında Ankara-da dünyasını dəyişdi və elə Ankara-da da dəfn edildi.
Ancaq Məhəmməd Əmin Rəsulzadə modern, demokratik və Türk milliyətçiliyində işıqlı gələcəyi aydınladan dəyərli əsərlər yadigar qoydu. Dahi liderin dediyi kimi “Bir kərə yüksələn bayraq, bir daha yerə enmədi.”

Related Articles

Bir cavab yazın

Back to top button