İran

MİLLİ FƏALLAR PULUN ÜZƏRİNƏ AZƏRBAYCAN HAQDA GÖRÜN NƏ YAZDILAR 

Güney Azərbaycanın Təbriz şəhərində milli-mədəni fəallar ölkənin pul əskinazlarına və pulu əvəz edən çeklərə xüsusi hazırlanmış möhürlər vurublar.

Çox sayda çek və əskinazın üzərində “Yaşasın Azərbaycan” şüarı əks olunub.
Qeyd edək ki, fars şovinizminə qarşı oxşar tədbirlərə bundan öncə də rast gəlinib. Bir müddət öncə İranın Təhsil vəziri Məhəmməd Bəthayi qeyri-fars dillər haqda mənfi sözlər dedikdən sonra pul əskinazlarına milli şüarlar yazılıb. Bu gedişat bəzi məntəqələrdə hələ də davam edir.

Related Articles

Bir cavab yazın

Back to top button