Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

TEHRAN METROSUNDA, OTUBUS VƏ TAKSILƏRINDƏ İCBARİ MASK TAXILACAQ

Tehranda ümumi daşıma yerlərində özəlliklə metroda, otubus və taksidə mask taxmaq bu səhər ordibehişt ayının 13 tarixindən icbari olunub. Bu iqdam Koronanın Müdiriyyəti Milli Sitadının təsvibi ilə olunub.

Tehranda ümumi daşıma yerlərində özəlliklə metroda, otubus və taksidə mask taxmaq bu səhər ordibehişt ayının 13 tarixindən icbari olunub. Bu iqdam Koronanın Müdiriyyəti Milli Sitadının təsvibi ilə olunub.
Amma bu sitad 3 həftə qabaq metroda masKın icbari edilməsinə müxalifət etmişdir.
Tehranın fərmandarı İsa Fərhadi, “vətəndaşların çoxu ümumi daşıma yerlərində, özəlliklə metroda mask taxırdılar, amma bu gün səhərdən maskdan istifadı icbari olunub və bütün şəhər sakinlərindən istəyirik ki, maskdan istifadəyə iqdam etsinlər. hədəfimiz korona ilə müqabilə üzrə Behdaşt Vizarətinin bildirdiyi protokolların dəqiqliklə icra olunmasıdır”, – deyə bildirib.
Amma Tehranın Şəhər Şurası Rəisə Heyətinin üzvü Zəhra Nijadbəhram ötən 26 Fərvərdin tarixində bildirmişdi ki, “paytaxtın metrosunda ictimai fasilə saxlama mümkün deyil və metro tətil olunmalıdır və Koronanın Müdiriyyəti Milli Sitadının rəyisi Həsən Ruhani şəhər şurasının metroda maskdan istifadənin icbari olunması pişnəhadına müxalifət etmişdir. Biz düşünürük ki, metro korona virusunun yayılması yeri kimidir.”
Bu məsələdən bir neçə həftə keçəndən sonra Koronanın Müdiriyyəti Milli Sitadı və rəyisi Həsən Ruhani Tehranın Şəhər Şurasının bu pişnəhadına qayıdıblar, amma bu barədə dövlətə fərqli hüquqi məsuliyyətlə nəticələnən fərqli sözlərlə yanaşırlar.
İranın dövlət məqamları koronavirusu bu ölkədə yayılandan bəri bu böhranı ötmək üçün İran xalqını himayət etmək üzrə lazım olan həzinələri ödəməyə hazır olmayıblar və elə ona görə də bu ölkənin heç bir şəhəri və ustanında qərəntinəni icra etdirmədilər və bunun yerinə ictimai fasilə saxlama tərhini ortaya ataraq qərəntinədən yarana biləcək mali yükü öhdələrinə götürməkdən qaçıblar. Maskın istifadəsi üzrə işlədilən söz və cümlələr isə belə olub ki, Tehranın fərmandarı ümumi daşıma yerlərində “Maskın icbari taxılmasını” istəmişdilər.
Amma Həsən Ruhani danşıqlarında “Maskdan itifadə olunmalıdır” cümləsi işlətmişdir və bununla da maskın taxılması icbarı olarsa onda dövlət metroda və otubuslarda müsafirlərə ödənişsiz mask təmin etməli olacağından yayınıbr. Həsən Ruhaninin dediyi “Maskdan istifadə olunmalıdır” cümləsi dövlətin tərəfindən ümumi qurumlarınin o cümlədən şəhrdarininin ehtiyacı olan maskın təmin olunmasını qəbul etməmək anlamındadır.
Masklar isə pulsuz paylanmaq yerinə dövlətin təyin etdiyi qiymətlə xalqa satılır və müəyyən miqdarı da azad bazara yönəldilir və orda neçə qat daha baha olaraq satılır və bununla da İran dövlətinin nəzarətində olan qurumların darayiləri artır.

Related Articles

Bir cavab yazın

Back to top button