Azərbaycan

AZƏRBAYCANDA YAŞAYAN DAHA BİR QRUP İRANA QAYIDIB

Koronavirusla mübarizə ilə bağlı iki ölkənin mərzlərinin bağlı olması səbəbindən İrana qayıda bilməyən Bakıda yaşayan daha 120 İran vətəndaşı cümə günü ölkəyə qayıda biliblər.
Həmin şəxslər İranın Bakıdakı səfirliyinin səyləri və iki ölkə məqamlarının qarşılıqlı fəaliyyəti nəticəsində quru yolla və Azərbaycan polisinin vasitəsilə ilə Bakıdan Astara mərzinə yola düşüblər. Onlar Astara mərzindən İran tərəfə keçiblər.
Bu, iki ölkənin mərzi arasında gediş-gəlişin qadağan edilməsi müddətində İrana qayıdan dördüncü qrupdur və bundan öncə 414 nəfərin üç qrup şəklində Azərbaycandan İrana qayıtması təmin olunub.
Xatırladaq ki, İranla Azərbaycan arasında mərzlər koronavirusun yayılması ilə mübarizə hədəfilə 1 mars 2020-ci il tarixindən bağlanıb və bu hərəkət məhdudiyyəti meyin 31-ə qədər uzadılıb.

Related Articles

Bir cavab yazın

Back to top button