Azərbaycan

Azərbaycanın Ermənistan üzərində qələbəsi Amerika mətbuatında

Amerikanın “Journal News” qəzetində Azərbaycanın Ermənistan üzərində qazandığı zəfərlə bağlı məqalə dərc edilib.
Məqalədə bildirilib ki, Qarabağda altı həftəlik müharibəni bitirən razılaşmadan sonra Ermənistan ərazilərin Azərbaycana qaytarılmasını başa çatdırıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu ərazilər üzərində nəzarətin bərpasını tarixi zəfər adlandırması da məqalədə öz əksini tapıb.
Yazıda 1990-cı illərdə Ermənistanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal etdiyi bildirilib. Qeyd edilib ki, sentyabrın 27-də başlayan 44 günlük şiddətli döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib.
Azərbaycanda hərbi əməliyyatların başa çatması ilə bağlı razılaşmanın qələbə kimi qeyd edildiyi, Ermənistanda isə kütləvi etirazlara səbəb olduğu vurğulanıb. Yazıda minlərlə erməninin İrəvan küçələrinə çıxaraq baş nazir Nikol Paşinyanın istefasını tələb etdiyi qeyd edilib.

Related Articles

Bir cavab yazın

Back to top button