Dünya

Amerika Əfqanıstanda iki hərbi baza saxlayacaq

Amerika Əfqanıstanda nizamilərin azaldılması tərhini təsvib edib. Amma həmin ölkədə iki böyük qərargah saxlayacaq. Bunu Amerika Ordusunun Ortaq Sitadının rəisi Mark Miley Brukinqs Müəssisəsinin Düşüncə Otağına qonaq çağırılarkən deyib. “Amerika iki böyük qərargahdan savayı Əfqanıstanda bir neçə mahvarə payqahını da saxlayacaq. Amerikanın iki başlıca məmuriyyəti var. Bunlardan birincisi üsyançı Taliblərlə qarşıdurmalarda Əfqanıstanın əmniyət güclərinə yardım, ikinci isə DAİŞ və Əlqaidə yaraqlılarının terror əməliyyatlarına qarşı işlərin görülməsini davam etdirməkdir”,-deyə o, bildirib.
Miley Əfqanıstanda hansı qərargahların bağlanacağını isə açıqlamayıb. Xatırladaq ki, Donlad Tramp prezident seçkilərindən sonra Amerikanın Əfqanıstandakı nizamilərinin sayının 4500 nəfərdən 2500-ə azaldılması üçün göstəriş verib.

Related Articles

Bir cavab yazın

Back to top button